Dəri idman ayaqqabıları Çindən 7,6 manata, Türkiyədən isə 90 manata gətirilib


Ötən ilin ilk 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 milyon 221 min 210 cüt üstü dəri materialdan olan idman ayaqqabısı idxal olunub və bu məhsulların ümumi idxal dəyəri 6 milyon 5,5 min dollar təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, idxal olunan üstü dəri materialdan olan idman ayaqqabılarının 1 ədədinin orta gömrük dəyəri təxminən 4,9 dollar (8,4 manat) olub.
Qeyd edək ki, idxalda əsas pay Çinin üzərinə düşüb. Ölkəyə gətirilən üstü dəri materialdan olan idman ayaqqabılarının 99,2%-i bu ölkənin payına düşüb. Belə ki, ötən ilin ilk 11 ayı ərzində Azərbaycana Çindən 1 milyon 211 min 170 cüt üstü dəri materialdan olan idman ayaqqabısı idxal olunub və bu məhsulun 1 ədədinin orta gömrük dəyəri təxminən 4,5 dollar (7,6 manat) olub.
Bundan başqa, 8 620 cüt üstü dəri materialdan olan idman ayaqqabısı Türkiyədən gətirilib və 1 ədədinin orta gömrük dəyəri təxminən 52,7 dollar (89,6 manat) olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top