
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Donald Trampın siyasət aparma üsullarının Rusiyanın çoxqütblü dünyanın formalaşdırılması kursuna uyğun gəlmədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
“Tramp təcrübəli siyasətçidir və yanaşmalarını biznes prinsiplərinə — sərt, amansız biznesə əsaslandırır… Onun müraciət etdiyi metodlar çoxqütblü dünya ilə bağlı yanaşmalarımızla qətiyyən üst-üstə düşmür”, — deyə nəşr Peskovdan sitat gətirib.
Rusiya Prezidentinin mətbuat katibi əlavə edib ki, Donald Tramp “güc yolu ilə” həllərin tərəfdarıdır.
“Əsas odur ki, biz belə etməyək,” — deyə Kreml nümayəndəsi sözlərini yekunlaşdırıb.
Tətbiqimizi yükləyə bilərsiniz