“Xamenei bunkerə köçürülüb” − KİV

“xalqın dolanışığı həqiqətən də çətin vəziyyətdədir” − iranın ali lideri
“İranın ali rəhbəri Ayətullah Əli Xamenei Tehranda xüsusi yeraltı sığınacağa köçüb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran müxalifəti ilə əlaqəli olan “Iran International” televiziya kanalı məlumat yayıb.
Məlumata görə, o, bunu ayətullah rejiminin yüksək vəzifəli hərbi və təhlükəsizlik rəsmilərinin mümkün Amerika hücumu riskinin artması barədə xəbərdarlıq etməsindən sonra edib.
Londonda yerləşən media orqanı həmçinin Xameneinin köçürüldüyü təhlükəsiz obyektin bir-biri ilə əlaqəli tunelləri olan möhkəmləndirilmiş kompleks olduğunu iddia edib.
Bundan əlavə, ali rəhbərin üçüncü oğlu Məsud Xameneinin rəhbərin ofisinin gündəlik idarəçiliyini öz üzərinə götürdüyü və hökumətin icra strukturları ilə əsas ünsiyyət kanalı kimi xidmət etdiyi barədə məlumatların olduğu bildirilib.
Qeyd edək ki, ötən gün, yanvarın 23-ü, ayətullah rejimi ilə əlaqəli olan “Tusi TV” televiziya kanalı Xameneinin imamlıq etməsi planlaşdırılan cümə namazlarının ləğv edildiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top