
Ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, minik avtomobillərindən biri svetoforun qırmızı işığında keçərək əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə svetofora çırpılıb.
“Sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən hadisə zamanı 1 ədəd nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. Qəza həm mərkəz, həm də Zığ şosesi istiqamətində nəqliyyat sıxlığının yaranmasına da səbəb olub. Mərkəzin əməkdaşları tərəfindən svetoforların bərpa olunması istiqamətində dərhal işlərə başlanılıb.
Digər bir qəza isə bu gün günorta saatlarında Nərimanov rayonu, Həsənoğlu ilə Təbriz küçəsinin kəsişməsində qeydə alınıb. Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 ədəd piyada svetoforuna zərər dəyib”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz