“Azəri” sözündən imtina etməklə özümüzdən imtina etmiş oluruq” – Deputat


“Azər”, ya da “Azəri” sözündən imtina etməklə özümüzdən, dövlətimizdən imtina etmiş oluruq”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Hikmət Babaoğlu həmkarı Səyyad Aranın “Azəri” sözündən istifadəyə etiraz etməsi ilə bağlı deyib.
Hikmət Babaoğlu bildirib ki, “Az-ər” birləşməsi 7-ci əsrdə Orxan abidələrində Tonyukuk daşında yazılıb:
“Tonyukuk qeyd edir ki, mən “Az əriyəm”. Sonra da yazır ki, etnik adımız az-lar Baytayqada, yəni Tayqanın dərinliklərində yaşayır. İlk dəfə Azərbaytayqan adı orda keçir. Ərəblər Azərbaydaqan deyirlər. Deyilir ki, bizə “Azəri” adını Stalin verdi. Onda Təbəriyə nə deyək?! Bizim etnik kökümüzün adı “Az”dır.
Azəriyyə Assuriya deyilən ərazidir. Çox təəssüf ki, onu tarixçilər təhrif ediblər. Azəriyyənin, Assuriyanın çarı Salmansardır. Saldırmaq, salan, hücum edən sözündən əmələ gəlib.
“İ” əlavəsinə gəldikdə isə, Məhsəti Gəncəvi 12-ci əsrdə “Gəncəvi” yazırdı, Nizami Gəncəvi “Gəncəvi” yazırdı. Mahmud Kaşqarinin qəbirüstü abidəsində də ərəb əlifbası ilə Kaşqari yazılıb.
Bundan başqa, “İranda fars kökənli “Azəri” adında etnik qrup var” fikri uydurmadır. Bunu lupa ilə axtarsanız da, tapa bilməzsiniz. İranda belə bir etnik qrup yoxdur. Çünki onlar elə bizik”.

DİGƏR XƏBƏRLƏR

Top