
UEFA Çempionlar Liqasında həftənin rəmzi komandasını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Qapıçı mövqeyində “Olimpiakos”dan Konstantinos Tsolakis yer alıb. Müdafiə xəttində Pedro Porro (“Tottenhem”), Yosteyn Gundersen (“Budö-Qlimt”), Vircil van Deyk (“Liverpul”) və Elvin Cəfərquliyev (“Qarabağ”) yer alıb.
Yarımmüdafiədə Kefren Türam-Yulyen (“Yuventus”), Fermin Lopez (“Barselona”) və Robert Navarro (“Atletik”) yer alıb. UEFA hücumda Culiano Simeone (“Atletiko Madrid”), Vinisius Cunior (“Real Madrid”) və Luis Suarez (“Sporting”) yer alıb.
Qeyd edək ki, artıq Çempionlar Liqasının yeddi turu oynanılıb. Final mərhələsi yanvar ayının sonunda keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz