İranda internetə çıxış tədricən bərpa olunur


İran hakimiyyəti beynəlxalq internetə giriş məhdudiyyətlərini tədricən aradan qaldırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS müxbiri məlumat yayıb.
Bildirilib ki, bəzi İran mobil telefon abunəçiləri artıq xarici veb saytlara daxil ola bildiklərini bildirirlər.
Müxbir qeyd edib ki, bəzi veb saytlara və mesajlaşma tətbiqlərinə məhdudiyyətlər qüvvədə qalıb, lakin əvvəllər bloklanmış bəzi internet resurslarına giriş bərpa edilib.
Xatırladaq ki, yanvarın 8-i axşamı İran rialının kəskin şəkildə düşməsi ilə əlaqədar 29 dekabr 2025-ci ildə başlayan küçə etirazları səbəbindən İran beynəlxalq interneti tamamilə bağlayıb. Bu etirazlar əksər böyük şəhərlərə yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top