
“Samsung” şirkəti fevralın 26-da yeni “Galaxy S26” smartfonlarını təqdim edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ice Universe” ləqəbli tanınmış insayder məlumat verib.
Onun sözlərinə görə, Koreya brendinin yeni cihazları fevral ayının sonunda satışa çıxarılacaq.
Ekspertin bildirdiyinə görə, yeni smartfonlarn təqdim olunacağı “Unpacked” tədbiri Cənubi Koreyada keçiriləcək.
İstifadəçilər elanın verildiyi gündən 4 marta qədər yeni smartfonları əvvəlcədən sifariş etmək imkanına malik olacaqlar.
“Ice Universe” bildirib ki, “Galaxy Galaxy S26” telefonlarının ilkin satışları 5 martda başlayacaq.
O, həmçinin smartfonların ümumi satış tarixinin martın 11-də olacağını qeyd edib.
Modellər sırasına üç cihaz daxil olacaq: “Galaxy S26”, “Galaxy S26+” və “Galaxy S26 Ultra”.
“Ice Universe” həmçinin “Samsung”un yeni smartfonlarının dörd rəngdə - qara, ağ, mavi və bənövşəyi rəngdə olacağını bildirib.
Onun sözlərinə görə, bənövşəyi rəng mövsümün rəngi olacaq və “Samsung” onu yeni smartfonların reklamında təbliğ edəcək.

Tətbiqimizi yükləyə bilərsiniz