
Ağ Ev aministrasiyası ABŞ Prezidenti Donald Trampın “365 gündə 365 qələbə”sini əks etdirən siyahı yayıb.
Yeniavaz.com xəbər verir ki, 10 bölmədən ibarət Trampın nailiyyətlər siyahısı Ağ Evin rəsmi saytında dərc edilib.
Ağ Ev bildirib ki, Tramp cəmi 365 gün ərzində həqiqətən əlamətdar nəticələr əldə edərək, müasir tarixdə prezidentlik müddətinin ən uğurlu ilk ilini başa vurub.
Trampın 365 günlük vəzifəsindəki nailiyyətləri siyahısına Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi də daxil edib. Bu nailiyyət siyahıda 143-cü yerdə öz əksini tapıb.
Qeyd edək ki, Tramp 20 yanvar 2025-ci ildə rəsmi olaraq ikinci dəfə ABŞ Prezidenti vəzifəsinin icrasına başlayıb. Son 12 ay ərzində Ağ Ev diplomatik səylərlə yanaşı, sərhədlərin möhkəmləndirilməsinə, qeyri-qanuni miqrantların kütləvi şəkildə deportasiyasına və iqtisadi artımın stimullaşdırılmasına diqqət yetirib.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ lideri Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflanıb.
Tətbiqimizi yükləyə bilərsiniz