
Ötən ilin dekabr ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 4 milyard 843,8 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 1 milyard 652,8 milyon dollarını ixrac, 3 milyard 191 milyon dollarını idxal təşkil edib.
Qeyd edək ki, ötən ilin dekabr ayında ticarət dövriyyəsində 1 milyard 538 milyon dollarlıq mənfi saldo yaranıb. Əvvəlki ilin eyni dövründə isə cəmi 70 milyon dollarlıq mənfi saldo olub.
Onu da bildirək ki, xarici ticarət dövriyyəsi ilə bağlı açıqlanan aylıq göstəricilərdə daha əvvəl bu səviyyədə mənfi saldo qeydə alınmayıb. Dövlət Gömrük Komitəsi 2011-ci ildən etibarən aylıq göstəricilər açıqlayır və son 15 il ərzində heç vaxt 1,5 milyard dollar məbləğində mənfi saldo müşahidə olunmayıb.
Ötən ilin yekununda isə 663 milyon dollarlıq müsbət saldo qeydə alınıb ki, bu da 2007-ci ildən sonra qeydə alınan ən aşağı göstərici hesab olunur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz