
Ötən ilin noyabr ayında Azərbaycandan Suriyaya 34 milyon 482 min dollar dəyərində 100 milyon 499 min kubmetr təbii qaz ixrac olunub.
Yeniavaz.com xəbər verir ki, noyabrda Suriyaya satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 343,1 dollar olub.
Məlumat üçün bildirək ki, Suriyaya təbii qaz ilk dəfə bu ilin oktyabr ayında ixrac olunub. Oktyabr ayında Azərbaycandan Suriyaya 153,2 milyon kubmetr qaz göndərilib və bu qazın 1000 kubmetrinin orta gömrük dəyəri 342,8 dollar olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz