
Amerika Prezidenti Donald Tramp 2029-cu ildə prezidentlik müddəti bitdikdən sonra da Qəzza Sülh Şurasına rəhbərlik etməkdə davam edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadla məlumat yayıb.
Bildirilir ki, Tramp Ağ Evdən getdikdən sonra da, bu vəzifədən istefa vermədiyi təqdirdə, Sülh Şurasının sədri vəzifəsini saxlaya bilər.
Qeyd edək ki, şuranın işinə 2025-ci ilin oktyabrında İsrail və HƏMAS hərəkatı tərəfindən Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə razılaşdırılmış sülh planının ikinci mərhələsində başlaması gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz