“Qrenlandiya Qrenlandiya olaraq qalacaq” – Trampın sabiq müşaviri


ABŞ prezidentinin keçmiş baş müşaviri Qari Kon bildirib ki, Donald Tramp Qrenlandiyanın mülkiyyətini dəyişməyə məcbur edə bilməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, BBC-yə danışıb.
Trampın ilk müddətində iqtisadiyyat üzrə məsləhət verən IBM-in vitse-sədri Qari Kon deyib ki “Qrenlandiya Qrenlandiya olaraq qalacaq”.
O bildirib ki, keçmiş rəhbərinin ərazi ilə bağlı planları vacib minerallara çıxış ehtiyacı ilə bağlıdır.
“Mən ABŞ Konqresinin nümayəndə heyətinin görüşündən təzəlikcə gəldim və düşünürəm ki, həm Respublikaçılar, həm də Demokratlar arasında Qrenlandiyanın Qrenlandiya olaraq qalacağı barədə kifayət qədər vahid fikir birliyi var”, - deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top