
BMT-nin İnsan Hüquqları Şurası bu həftə “İran İslam Respublikasında insan hüquqları vəziyyətinin pisləşməsi”nə həsr olunmuş təcili xüsusi sessiya keçirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə çərşənbə axşamı qurumun nümayəndəsi AFP-yə bildirib.
Şuranın nümayəndəsi Paskal Simin Cenevrədə jurnalistlərə verdiyi məlumata görə, iclas cümə günü Böyük Britaniya, Almaniya, İslandiya, Moldova və Şimali Makedoniyanın tələbi ilə baş tutacaq.
AFP agentliyinin tanış olduğu Şura sədrinə ünvanlanan məktubda beş ölkə “narahatedici zorakılıq halları, etirazçılara qarşı repressiyalar və bütün ölkə üzrə beynəlxalq insan hüquqları hüququnun pozuntuları ilə bağlı etibarlı məlumatlar”ın mövcudluğunu qeyd ediblər.
Bu müraciət Şuranın 47 üzvünün üçdə birindən çoxu tərəfindən dəstəklənib ki, bu da xüsusi sessiyanın keçirilməsi üçün zəruri şərtdir.
Tətbiqimizi yükləyə bilərsiniz