Daha bir ölkə uşaqlara sosial medianı qadağan etmək istəyir


Böyük Britaniya hökuməti uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etmək məsələsini müzakirə edir.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, bu məsələ ilə bağlı məsləhətləşmələr yanvarın 19-da başlayıb.
Bildirilib ki, Böyük Britaniya hökumətinin nümayəndələri yetkinlik yaşına çatmayanlar üçün sosial şəbəkələrdən istifadəyə müxtəlif məhdudiyyətlərin tətbiq edildiyi ölkələrin təcrübəsini və onların effektivliyini öyrənməyi planlaşdırırlar.
“Xüsusilə, onlar 2025-ci ilin dekabrında 16 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə tam qadağa tətbiq etmiş Avstraliyaya səfər etməyi nəzərdə tuturlar. Bu addımın məqsədi uşaqları onlayn qruminqdən (uşağa cinsi istismar məqsədilə etibarlı münasibətlərin qurulması) və bullinqdən (təqib) qorumaqdır”, - nəşr yazır.
Məlumata görə, sosial şəbəkələrdən istifadəyə məhdudiyyətlərlə yanaşı, Böyük Britaniyada aparılan məsləhətləşmələrin gündəliyinə məktəblərdə mobil telefonlardan istifadəyə daha sərt qaydaların tətbiqi zərurəti də daxil edilib.
Qeyd edək ki, Avstraliya dünyada bu cür genişmiqyaslı qadağanı tətbiq edən ilk ölkə olub və bu qərar bəzi resurslar, eləcə də bir neçə yeniyetmə tərəfindən məhkəmədə mübahisələndirilib.
Britaniya hakimiyyətinin müzakirə etdiyi yaş məhdudiyyəti barədə hələlik məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top