“İnter” Akanjinin transfer hüquqlarını almağı planlaşdırır


İtaliyanın “İnter” klubu isveçrəli müdafiəçi Manuel Akanjinin transfer hüquqlarını İngiltərənin “Mançester Siti” klubundan almağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, insayder Fabrizio Romano onun transfer hüquqlarının dəyərinin 15 milyon avro olduğunu bildirib.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2025-ci ilin sentyabr ayından “İnter”ə icarəyə verilib. Müqavilə bu mövsümün sonuna qədər nəzərdə tutulub. Manuel Akanji Milan klubunda 25 oyun keçirib.
Qeyd edək ki, Akanji 2017-ci ildən bəri İsveçrə millisinin oyunçusudur. Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. “Transfermarkt” Akanjinin transfer dəyərini 28 milyon avro olaraq qiymətləndirir.

DİGƏR XƏBƏRLƏR

Top