“İrandakı böhranın diplomatiya yolu ilə həll ediləcəyinə ümid edirik” − Ərdoğan


“Türkiyə İran hökumətinin mövcud böhranı dialoq və diplomatiya yolu ilə həll edəcəyinə ümid edir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik etdiyi kabinet iclasından sonra bildirib.
“İnanırıq ki, iranlı qardaşlarımız bu çətinlik dövrünü dəf edəcəklər. Türkiyə əvvəldən prinsipial mövqeyini qoruyub saxlayıb. Bizim fikrimizcə, İranın problemlərinə həll yolu danışıqlar masasında tapılmalıdır. Bütün maraqlı tərəfləri diplomatiya ilə məşğul olmağa çağırırıq. Bölgəmizi xaosa apara biləcək hər hansı bir cəhdə qarşı çıxmağa davam edəcəyik”, - Ərdoğan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top