
Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 88 min 135 doğulan körpə qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb.
Yeniavaz.com xəbər verir ki, ötən ilin yanvar-noyabr ayları ərzində ölkədə 54 min 582 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artıb.
Qeyd edək ki, doğulanların sayının azalması, ölənlərin sayının artması nəticəsində Azərbaycanda əhalinin təbii artımı 18,2% azalıb. Əhalinin hər 1000 nəfərinə düşən təbii artım 4,4-dən 3,6-ya düşüb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz