
2018–2023-cü illərdə Azərbaycanda universitet məzunlarının sayı 120 min 776 nəfər olub və onların 58,6%-i, yəni 70 min 769 nəfəri işlə təmin olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Məşğulluq Agentliyinin açıqladığı “Məzunların məşğulluq reytinqi”ndə yer alıb.
Bildirilir ki, işlə təmin olunma göstəricisinə görə ən yaxşı nəticə Bakı Ali Neft Məktəbində qeydə alınıb. Bu ali təhsil müəssisəsindən məzun olanların 67,3%-i işlə təmin olunub. Ən aşağı nəticəni isə Odlar Yurdu Universiteti göstərib. Bu universitetdən məzun olanların 69,5%-i iş tapa bilməyib.
İşlə təmin olunan məzunların 41 min 69 nəfərinin, yəni 58%-nin əməkhaqqı 400 manatdan aşağı olub. 1551 manatdan yuxarı əməkhaqqı alan məzunların sayı isə cəmi 582 nəfər olub.
2018–2023-cü illərdə Azərbaycanda universitet məzunlarını ən çox işə götürən 10 qurum aşağıdakılar olub:
“Araz Supermarket” MMC – 1 203 nəfər;
“Kapital Bank” ASC – 994 nəfər;
Bakı Şəhəri Təhsil İdarəsi – 858 nəfər;
“Dost İş Mərkəzi” MMC – 708 nəfər;
“ABC-Telecom” MMC (“Kontakt Home”) – 557 nəfər;
“Unibank KB” ASC – 516 nəfər;
“McDonald’s” ASC – 503 nəfər;
“OBA Market” MMC – 496 nəfər;
“ANC Group” MMC (“Rahat market”) – 492 nəfər;
“Azərbaycan Supermarket” MMC (“Bravo market”) – 487 nəfər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz