
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “L-SİM” MMC şirkəti olub.
Müsabiqənin şərtinə görə “L-SİM” MMC ASAN Xidmət üçün (“İnnovasiyalar Mərkəzi” MMC) SMS paketinin satın alınması xidmətini həyata keçirəcək. MMC ASAN Xidmətə 20 milyon SMS-in yer aldığı paket təqdim edəcək və bunun üçün 778 min 564 manat pul alacaq.
Rəqəmlərdən də göründüyü kimi, ASAN Xidmət 1 SMS üçün 3,9 qəpik vəsait xərcləyəcək.
Məlumat üçün bildirək ki, 3-4 ay əvvəl Məhkəmə-Hüquq Şurasının keçirdiyi analoji tender müsabiqəsinin qalibi də “L-SİM” MMC olub. MMC-nin Məhkəmə-Hüquq Şurasına təqdim etdiyi SMS-in qiyməti 3,5 qəpik olub. ASAN Xidmət də ötən il “Bakcell” mobil operatoru ilə əməkdaşlıq edən “SOFTLİNE AZƏRBAYCAN” MMC-dən satın aldığı 20 milyon SMS üçün 699 min 999 manat 13 qəpik (1 SMS 3,5 qəpik) ödəyib.
Onu da bildirək ki, ASAN Xidmət 2020-ci ildə 1 SMS üçün “L-SİM” MMC-yə 2,2 qəpik ödəyib.
Qeyd edək ki, kütləvi SMS xidmətlərini təklif edən “L-SİM” MMC “Azecell” mobil operatoru ilə əməkdaşlıq edir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz