
Sumqayıtın Məhəmməd Əsədov küçəsində qanunsuz ticarətə qarşı reyd zamanı çəkilən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, istifadəçilər reyd keçirən vəzifəli şəxsin sahibkarla rəftarını kobud hesab ediblər.
Həmçinin onun satdığı meyvələrin müsadirə olunmasının da qanunsuz olduğu bildirilir.
Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşı olduğu deyilən şəxs sahibkara bildirib ki, mallarını piyada səkisində satdığı üçün artıq həmin məhsullar ona məxsus deyil.
Həmin görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, reyd tədbiri zamanı vətəndaşa məxsus küçə ticarəti yolu ilə satılan məhsullar 18-ci mikrorayon ərazisində yerləşən yarmarkada xüsusi ayrılmış ticarət yerinə aparılıb və həmin məhsulların orada satışının davam etdirilməsi tövsiyə olunub:
“Reyd tədbirləri zamanı satıcılara məxsus məhsullar müsadirə edilməyib, yalnız onların satışının müvafiq qaydalara uyğun şəkildə davam etdirilməsi təmin olunub”.
Tətbiqimizi yükləyə bilərsiniz