
Ukrayna Prezidenti Volodimir Zelenski Floridada münaqişənin həlli ilə bağlı ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü ilə bağlı danışıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat yayıb.
Zelenski bildirib ki, iştirakçılar bir neçə raund müzakirələr aparıblar və hərbi əməliyyatlara son qoymaq üçün lazım olan sənədlər üzərində işləyirlər.
Dövlət başçısı qeyd edib ki, Kiyev Vaşinqtonu elektrik şəbəkəsinə davam edən hücumlar barədə məlumatlandırıb.
Digər tərəfdən, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da “Telegram” kanalında ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşünü şərh edib.
O qeyd edib ki, müzakirələr iki gün davam edib.
"Biz iqtisadi inkişaf və rifah planını, eləcə də Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etdik və onların tətbiqi üçün praktik mexanizmlərə diqqət yetirdik”, - deyə rəsmi bildirib.
O əlavə edib ki, ölkələrin komandaları Davosda məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Lakin o, 19-23 yanvar tarixlərində Davosda Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüşün mümkünlüyündən bəhs etməyib.
ABŞ-Ukrayna görüşündə Ukraynanı Zelenskinin administrasiya rəhbəri Kirill Budanov, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və “Xalqın Xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya təmsil edib. Amerika tərəfindən danışıqlarda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Donald Trampın kürəkəni, iş adamı Cared Kuşner və ABŞ Ordu katibi Daniel Driskoll iştirak edib.
Tətbiqimizi yükləyə bilərsiniz