Luis Enrike “Real Madrid”ə rəhbərlik edə bilər


“Pari Sen-Jermen”in (PSJ) baş məşqçisi Luis Enrike 2026-cı ilin yayında Paris klubunu tərk edə və “Real Madrid” klubuna rəhbərlik edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Topskills Sports UK” “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Məlumata görə, Enrike yeni kluba keçməyə açıqdır, lakin bu, yalnız oyunçular, transferlər və idman qərarları üzərində tam nəzarəti ələ keçirmək şərti ilə mümkündür.
Nəşrin yazdığına görə, ispaniyalı mütəxəssis İspaniya liqasına qayıtmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.
Qeyd edək ki, Luis Enrike 2014-cü ildən 2017-ci ilə qədər “Barselona”nın baş məşqçisi vəzifəsini tutub. Onun rəhbərliyi altında klub Çempionlar Liqasını, Klublararası Dünya Kubokunu, UEFA Super Kubokunu, iki İspaniya liqa titulunu, üç Kral Kubokunu və bir İspaniya Super Kubokunu qazanıb.
2023-cü ilin yayından bəri Enrike PSJ-yə rəhbərlik edir və onunla birlikdə Çempionlar Liqasını, Qitələrarası Kuboku, UEFA Super Kubokunu, iki Fransa liqa titulunu, iki Fransa Kubokunu və iki Fransa Super Kubokunu qazanıb.
O, həmçinin “Selta Viqo”, “Roma” və İspaniya milli komandasında məşqçilik işi ilə də tanınır.

DİGƏR XƏBƏRLƏR

Top