“Qrenlandiya planımız ilə razılaşmayan ölkələrə tarif tətbiq edə bilərəm” − Tramp


ABŞ Prezidenti Donald Tramp administrasiyasının Qrenlandiyanı ələ keçirmək planlarını dəstəkləməyən ölkələrə tarif tətbiq etməyə hazır olduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Tramp bu açıqlamanı Ağ Evdə keçirilən tədbirdə verib.
“ABŞ-nin Qrenlandiyaya iddiaları ilə razılaşmayan ölkələrə tarif tətbiq edə bilərəm, çünki milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var”, - Tramp bildirib.
Həmçinin ABŞ başçısı özünü “tariflərin kralı” adlandırıb.
Xatırladaq ki, son həftələrdə Donald Tramp Danimarkanın muxtar ərazisi olan Qrenlandiyaya ABŞ-nin iddialarını dəfələrlə irəli sürüb. O, adanın ələ keçirilməsinin zəruri olduğunu iddia edib, çünki “Rusiya və Çin gəmiləri Qrenlandiyanın ətrafındadır”.

DİGƏR XƏBƏRLƏR

Top