Yanvarın 29-da İrana qarşı yeni sanksiyaları nəzərdən keçirəcəklər


Aİ xarici işlər nazirləri 29 yanvarda Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” iki avropalı diplomata istinadən məlumat yayıb.
Onların sözlərinə görə, təklif olunan siyahıya insan haqlarının pozulmasına görə Aİ sanksiyaları rejimi çərçivəsində 21 maddə daxildir.
Bundan əlavə, Avropa Xarici Fəaliyyət Xidməti sanksiyalar siyahısına dron istehsalı ilə bağlı 10 maddə əlavə etməyi təklif edir.
Nəşr aydınlaşdırır ki, Almaniya, Fransa və Niderland Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsini ən çox dəstəkləyir. Lakin “Euractiv” portalının məlumatına görə, Avropa İttifaqı Roma, Paris və Madridin müqavimətinə görə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) terror təşkilatı kimi tanımaq niyyətində deyil.

DİGƏR XƏBƏRLƏR

Top