“Real Madrid”in prezidenti Mourinyonu baş məşqçi təyin etmək istəyir − KİV


“Real Madrid”in prezidenti Florentino Peres portuqaliyalı məşqçi Coze Mourinyonunun yenidən kluba qayıtmasını istəyir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə COPE radiostansiyası məlumat yayıb.
Mənbənin məlumatına görə, Peres Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi vəzifəsindən gedərsə, Mourinyo ilə əlaqə saxlaya bilər. Portuqaliyalı mütəxəssisin Peres prezidentliyi dövründə razı qaldığı yeganə məşqçi olduğu bildirilir.
Qeyd edək ki, yanvarın 12-si “Real Madrid” Xabi Alonsonun baş məşqçi vəzifəsindən getdiyini elan etdi və onun yerinə Alvaro Arbeloa təyin edildi. Arbeloanın rəhbərliyi altında ilk oyununda “Real Madrid” Kral Kubokunun 1/8 finalında “Albasete”yə 3-2 hesabı ilə məğlub oldu və turnirdəki iştirakına son qoydu. Madrid 19 oyundan sonra 45 xalla İspaniya liqasında ikinci yerdədir və lider “Barselona”dan dörd xal geridədir.
62 yaşlı Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”ə rəhbərlik edərək komandanı liqa tituluna, İspaniya Kubokuna və İspaniya Super Kubokuna aparıb. 2025-ci ilin sentyabr ayında Mourinyo Çempionlar Liqasına vəsiqə qazana bilmədiyinə görə Türkiyənin “Fənərbağça” klubu tərəfindən işdən çıxarıldı. Elə həmin ay portuqaliyalı mütəxəssis hazırda Portuqaliya liqasında üçüncü yerdə qərarlaşan “Benfika”ya dəvət aldı.

DİGƏR XƏBƏRLƏR

Top