Eto 4 oyunluq diskvalifikasiya edildi


Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto Afrika Millətlər Kubokunun ¼ finalında Kamerunun Mərakeşə 2-0 hesabı ilə məğlub olduğu oyunda idmançıya yaraşmayan hərəkətlərə görə dörd oyunluq cəzalandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Athletic” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, buna səbəb Etonun Afrika Futbol Konfederasiyasının (CAF) rəhbəri Patris Motsepenin yanında hakimlərin qərarlarına etiraz əlaməti olaraq qeyri-idman davranışları nümayiş  etdirməsi olub.
CAF İntizam Komissiyası 44 yaşlı Etonu idman davranışı prinsiplərini pozmaqda günahkar bilib və ona diskvalifikasiya ilə yanaşı 20 min dollar cərimə tətbiq edib.
Kamerun Futbol Federasiyası isə öz növbəsində qərarın heç bir konkret əsası olmadığını bildirib və federasiyanın prezidentinə açıq dəstəyini ifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top