İranda etirazçıların cəsədlərini qaytarmaq üçün külli miqdarda pul tələb edirlər – KİV


İrandakı etirazlarda həlak olanların ailələri iddia edirlər ki, hakimiyyət onların cəsədlərinin qaytarılması üçün külli miqdarda pul tələb edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onlar BBC-yə danışıblar.
Bir neçə mənbə nəşrə bildirib ki, cəsədlər morqlarda və xəstəxanalarda saxlanılır və təhlükəsizlik qüvvələri pulu almamış onları vermir.
Rəşt şəhərinin şimalındakı bir ailənin sözlərinə görə, təhlükəsizlik qüvvələri yaxınlarının cəsədini təhvil vermək üçün 700 milyon tümən (təxminən 5000 dollar) tələb edib.
Tehranda isə kürd ailə ölmüş yaxınlarının cənazəsini götürməyə gedərkən onlara deyilib ki, meyiti almaq üçün bir milyard tümən (təxminən 7000 dollar) ödəməli olacaqlar.
Qeyd edək ki, müstəqil təşkilatlar ölkə daxilində iki həftədən çox davam edən etiraz aksiyaları zamanı indiyədək ən azı 2435 nəfərin həlak olduğunu açıqlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top