
ABŞ Prezidenti Donald Tramp İranla bağlı bütün variantları açıq saxlamağa davam edir.
Yeniavaz.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livit jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.
“Prezident İrandakı vəziyyəti yaxından izləməyə davam edir, eyni zamanda bütün variantları da nəzərdən keçirməyə davam edir”.
Livit qeyd edib ki, yalnız Tramp və çox kiçik qrup məsələni bilir:
“Həqiqət budur ki, yalnız Prezident Tramp nə edəcəyini bilir və çox, çox kiçik bir müşavir qrupu onun bu barədə düşüncələrini bilir. O, İrandakı vəziyyəti yaxından izləməyə davam edir. Və dünən, çərşənbə günü öyrəndik ki, qətllər və edamlar dayandırılacaq. Gördüyümüz kimi, nəticədə 800 insanın həyatı xilas edilib”.
Tətbiqimizi yükləyə bilərsiniz