
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, həmçinin Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu bakalavr diplomunun “saxta” elan olunması ilə bağlı qərarın ləğv edilməsi barədə işə baxılması üçün hakim qarşısına çıxıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə İmamoğlunun Silivri rayonundakı həbsxanada baş tutan prosesə gəlməsini əks etdirən kadrlar yayılıb.
Onun yaxınları tərəfindən məhkəmə zalında alqışlarla qarşılandığı müşahidə olunub.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, ötən ilin mart ayında Əkrəm İmamoğlunun universitet diplomu ləğv edilib.
Tətbiqimizi yükləyə bilərsiniz