“Real Madrid” 1/8 finalda üçüncü liqa klubuna uduzub ələndi – Video


“Real Madrid” ötən gecə İspaniya Kubokunda sensasiyalı məğlubiyyətlə üzləşib.
Yeniavaz.com
xəbər verir ki, “Kral klubu” 1/8 finalda üçüncü liqada (Segunda División B) 17-ci yerdə qərarlaşan “Albasete” ilə qarşılaşıb və 3:2 hesabı ilə məğlub olub.
42-ci dəqiqədə ispan yarımmüdafiəçisi Xavi Villar “Albasete”ni hesabda önə keçirib. İlk hissənin əlavə vaxtının üçüncü dəqiqəsində “Real Madrid”in argentinalı yarımmüdafiəçisi Franko Mastantuono bərabərliyi bərpa edib.
82-ci dəqiqədə ispan hücumçu Hefte Betankur “Albasete”nin ikinci qolunu vurub. “Real Madrid”in ispan hücumçusu Qonsalo Qarsiya əlavə olunmuş ilk dəqiqədə qol vursa da, üç dəqiqə sonra Betankur növbəti qolunu vurub və yekun hesabı müəyyənləşdirib.
Bununla da “Real Madrid” İspaniya Kubokunda mübarizəni dayandırıb.
Qeyd edək ki, bu, həmçinin Alvaro Arbeloanın da “Real Madrid”in məşqçisi kimi ilk oyunu olub. O, bir neçə gün əvvəl istefa verən Xabi Alonsonu əvəz edib.

DİGƏR XƏBƏRLƏR

Top