Danimarka və ABŞ işçi qrupu yaradır − Qrenlandiya məsələsinə görə


Danimarka və ABŞ Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etmək üçün birgə yüksək səviyyəli işçi qrupu yaratmaq qərarına gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.
“Biz ortaq bir yol tapmaq imkanlarını araşdırmaq üçün yüksək səviyyəli işçi qrupu yaratmaq qərarına gəldik. Biz inanırıq ki, bu qrup Danimarka Krallığının qırmızı xətlərinə hörmətlə yanaşı, ABŞ-nin təhlükəsizlik narahatlıqlarını həll etmək yollarını tapmağa diqqət yetirməlidir. Biz bu qrupun bir neçə həftə ərzində ilk iclasını keçirəcəyini gözləyirik”, - o bildirib.
Qeyd edək ki, bu gün Ağ Evdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, həmçinin danimarkalı XİN rəhbəri Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt arasında görüş keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top