
İsveçrənin məşhur “Henley & Partners” (H&P) şirkəti dünya pasportlarının növbəti indeksini dərc edib.
Yeniavaz.com “Henley & Partners” şirkətinin 2026-cı il üçün açıqladığı “Pasport indeksi”nə istinadən xəbər verir ki, Sinqapur pasportu dünyanın “ən güclü” pasportu hesab olunur. Bu ölkənin pasportu ilə dünyanın 192 ölkəsinə vizasız və ya sərhəddə viza alaraq səfər etmək mümkündür.
Bundan başqa, Yaponiya və Cənubi Koreya pasportları ilə dünyanın 188, Danimarka, Lüksemburq, İspaniya, İsveç və İsveçrə pasportları ilə isə dünyanın 186 ölkəsinə vizasız və ya sərhəddə viza alaraq getmək olar.
“Henley & Partners” şirkətinin tərtib etdiyi siyahıda keçmiş SSRİ və region ölkələri aşağıdakı mövqeləri tutublar:
Estoniya – 26-cı yer (183 ölkəyə vizasız səfər);
Latviya – 31-ci yer (182 ölkəyə vizasız səfər);
Litva – 36-cı yer (181 ölkəyə vizasız səfər);
Ukrayna – 68-ci yer (143 ölkəyə vizasız səfər);
Gürcüstan – 86-cı yer (122 ölkəyə vizasız səfər);
Moldova – 91-ci yer (120 ölkəyə vizasız səfər);
Rusiya – 93-cü yer (113 ölkəyə vizasız səfər);
Türkiyə – 94-cü yer (113 ölkəyə vizasız səfər);
Belarus – 114-cü yer (79 ölkəyə vizasız səfər);
Qazaxıstan – 117-ci yer (78 ölkəyə vizasız səfər);
Azərbaycan – 126-cı yer (70 ölkəyə vizasız səfər);
Ermənistan – 134-cü yer (66 ölkəyə vizasız səfər);
Qırğızıstan – 142-ci yer (62 ölkəyə vizasız səfər);
Özbəkistan – 143-cü yer (62 ölkəyə vizasız səfər);
Tacikistan – 159-cu yer (54 ölkəyə vizasız səfər);
Türkmənistan – 177-ci yer (47 ölkəyə vizasız səfər);
İran – 186-cı yer (40 ölkəyə vizasız səfər).
Qeyd edək ki, dünyanın ən zəif pasportuna Əfqanıstan vətəndaşları sahibdir. Əfqanıstan pasportu ilə cəmi 24 ölkəyə vizasız getmək mümkündür.
Onu da bildirək ki, “Henley & Partners”ın hesabatına görə Azərbaycan pasportu ilə vizasız, sərhəddə viza və elektron icazə sənədi ilə gedə biləcəyimiz ölkələr bunlardır:
Vizasız gedə biləcəyimiz ölkələr:
Albaniya;
Antiqua və Barbuda;
Bahama adaları;
Barbados;
Belarus;
Bosniya və Herseqovina;
Çin;
Dominika;
Ekvador;
Esvatini;
Gürcüstan;
Haiti;
İran;
Kuk adaları;
Malayziya;
Maldiv adaları;
Mikroneziya;
Moldova;
Monteneqro;
Mərakeş;
Qazaxıstan;
Qırğızıstan;
Serbiya;
Sent-Vinsent və Qrenadinlər;
Surinam;
Türkiyə;
Ukrayna;
Birləşmiş Ərəb Əmirlikləri;
Özbəkistan;
Vanuatu.
Sərhəddə (hava limanı və ya gömrükdə) viza alaraq gedə biləcəyimiz ölkələr (VOA):
Banqladeş;
Burundi;
Cibuti;
İndoneziya;
İordaniya;
Kabo-Verde adaları;
Kamboca;
Komor adaları;
Laos;
Livan;
Makao;
Madaqaskar;
Malavi;
Marşal adaları;
Mavriki;
Mozambik;
Namibiya;
Nepal;
Nikaraqua;
Niue;
Palau adaları;
Qambiya;
Qətər;
Ruanda;
Samoa;
Səudiyyə Ərəbistanı;
Suriya;
Tacikistan;
Tanzaniya;
Tuvalu;
Şərqi Timor (Timor-Leste);
Yamayka;
Zimbabve.
Elektron icazə sənədi ilə gedə biləcəyimiz ölkələr (ETA):
Kenya;
Rusiya;
Seyşel adaları;
Şri-Lanka.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz