Timoşenkonun partiyasının ofisində axtarış aparıldı


Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun “Batkivşina” partiyasının ofisində axtarış aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” qəzeti siyasi mənbələrə istinadla məlumat verib.
Məlumata görə, axtarışlar Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAP) əməkdaşları tərəfindən aparılıb.
Bu, NABU və SAP-ın Ali Rada fraksiyalarından birinin rəhbərinin müəyyən qanun layihələrinin  lehinə və ya əleyhinə səs vermək üçün digər deputatlara rüşvət verməkdə şübhəli bilinməsi ilə bağlı son bəyanatı fonunda baş verib.
Bəyanatda şübhəlinin və ya tərəflərin adları açıqlamayıb.
Avropa Həmrəyliyi Partiyasından olan deputat Oleksiy Qonçarenkonun sözlərinə görə, bu, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenkodur.
Bildirilib ki, o, bir neçə millət vəkili ilə danışıqlar aparıb. Millət vəkillərindən biri bu danışıqları qeydə alıb və materialları NABU-ya təhvil verib.

DİGƏR XƏBƏRLƏR

Top