Kiyevdə təcili elektrik kəsintiləri − 500 bina istiliksiz qaldı


Səhər saatlarından etibarən Kiyevdə təcili elektrik kəsintiləri baş verib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb. 
Nəşr qeyd edir ki, Ukrayna paytaxtı bir sıra atəş hücumları və soyuq hava şəraitindən sonra beşinci gündür ki, çətin şəraitdə yaşayır.
Ukrayna Energetika Nazirliyi şəhərdə və ölkənin bir neçə bölgəsində elektrik kəsintilərini mürəkkəb adlandırıb. Nazirlik izah edib ki, bunlara yeni Rusiya hücumları və hava şəraiti təsir göstərir.
Kiyev meri Vitali Kliçko bildirib ki, təxminən 500 çoxmərtəbəli bina istiliksizdir.
Bundan əlavə, elektrik kəsintiləri fonunda Kiyevin sağ sahilində ictimai elektrik nəqliyyatı dayandırılıb. Hakimiyyət orqanları alternativ avtobus marşrutları işə salıb. Bəzi “Novus” və “Silpo” supermarketləri də fəaliyyətini dayandırıb, lakin Kliçko bildirib ki, genişmiqyaslı bağlanmalardan söhbət getmir.

DİGƏR XƏBƏRLƏR

Top