
Xüsusi prokurorlar qrupu Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol üçün ölüm cəzası tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Prokurorluq bu cəzanı Seul Mərkəzi Rayon Məhkəməsində işin son iclası zamanı istəyib.
Bildirilib ki, Yun Sok Yol məhkəmə və qanunvericilik orqanlarına nəzarəti ələ keçirməklə hakimiyyəti qorumağa çalışan çevrilişə rəhbərlik etməkdə ittiham edilir.
Keçmiş prezident ittihamları rədd edir. Məhkəmənin ona fevral ayında hökm çıxaracağı gözlənilir.
“Reuters”in məlumatına görə, Cənubi Koreyada bir neçə onillikdir ki, heç bir edam hökmü icra edilməyib.
Xatırladaq ki, 2024-cü ilin dekabr ayının əvvəlində Yun Sok Yol “Şimali Koreya tərəfdarı olan dövlət əleyhinə qüvvələrin kökünü kəsmək” zərurətini əsas gətirərək Cənubi Koreyada hərbi vəziyyət elan edib. Hərbi vəziyyət parlament tərəfindən ləğv edilməzdən əvvəl cəmi bir neçə saat davam edib. Parlament üzvləri tezliklə prezidentin impiçmentinə səs verib. Yun Sok Yol hakimiyyətdən uzaqlaşdırılaraq həbs edildi.
Tətbiqimizi yükləyə bilərsiniz