
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 209 min 102,3 ton üzüm yığılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, üzüm yığımı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5% və ya 7,1 min ton çox olub.
Ötən ilin yanvar-noyabr ayları ərzində ən çox üzüm yığılan 10 rayon bunlardır:
Şəmkir – 38 332,5 ton;
Tovuz – 31 395 ton;
Şamaxı – 20 749 ton;
Cəlilabad – 18 870 ton;
Samux – 11 442,5 ton;
Salyan – 9 479 ton;
Ağstafa – 7 664,1 ton;
Binəqədi – 5 620,2 ton;
Göygöl – 4 632,2 ton;
Şəki – 4 589,5 ton;
Babək – 4 344,5 ton.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Azərbaycanda ümumi üzüm yığımının 75%-i və ya 157,1 min tonu adları qeyd olunan 10 rayonun payına düşüb.
Onu da bildirək ki, ötən il işğaldan azad olunan Füzuli rayonunda 1230,7 ton, Cəbrayıl rayonunda 213 ton, Xocavənd rayonunda isə 76,2 ton üzüm yığılıb.
Məlumat üçün bildirək ki, Xocavənd rayonunda ötən il ilk dəfə üzüm yığılıb. Qubadlı rayonunda isə 25,5 hektar əkin sahəsi qeydə alınsa da üzüm yığımı baş verməyib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz