Ermənistan Rusiyaya nota verdi − Solovyova görə


Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
Ermənistan mediasına istinadən xəbər verir ki, ona Rusiya dövlət televiziyasında verilən açıqlamalara görə etiraz notası təqdim edilib.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya səfirinə dövlət televiziya kanalında verilən açıqlamaların Ermənistan Respublikasının suverenliyinə qarşı qəbuledilməz bir qəsd, düşmənçiliyin təzahürü və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin fundamental prinsiplərinin kobud şəkildə pozulması olduğu bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl rusiyalı jurnalist Vladimir Solovyov “Ermənistanda xüsusi hərbi əməliyyat” ehtimalını nəzərdən keçirdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top