“Qızıl Qlobus” mükafatının qalibləri məlum oldu – Tam siyahı


83-cü “Qızıl Qlobus” mükafatlarının qalibləri məlum olub.
Yeniavaz.com
xəbər verir ki, təqdimetmə mərasimi Los-Ancelesdə Beverli Hillsdəki “Hilton” oteldə başa tutub.
Gecəni ardıcıl ikinci dəfə stend-ap komediyaçısı Nikki Qleyzer aparıb.
İlin əsas qalibi “Döyüşdən-Döyüşə” filmi olub. Bu film musiqili komediya janrında “Ən Yaxşı Film” mükafatı da daxil olmaqla bir neçə əsas mükafatı, eləcə də rejissorluq və ssenari üzrə mükafatları qazanıb.
“Pitt” serialı televiziya kateqoriyalarında liderlik edib. “Yeniyetməlik" dramı isə mini-serial kateqoriyasında qalib gəlib.
2026-cı il “Qızıl Qlobus” mükafatı laureatlarının tam siyahısını təqdim edirik:

Film
Ən Yaxşı Film - Dram
“Hamnet”

Ən Yaxşı Film - Komediya və ya Müzikl
“Döyüşdən-Döyüşə”

Ən Yaxşı Animasiya Filmi
“K-Pop Demon Ovçuları”

Kassa və Tamaşaçı Uğuru
“Günahkarlar”

Ən Yaxşı Xarici Dildə Film
“Gizli Agent” (Braziliya)

Aktyorluq Mükafatları (film)

Ən Yaxşı Aktrisa – Dram
Cessi Bakli – “Hamnet”

Ən Yaxşı Aktyor – Dram
Vaqner Moura – “Gizli Agent”

Ən Yaxşı Aktrisa – Komediya və ya Müzikl
Rouz Birn – “Ayaqlarım olsaydı, səni təpikləyərdim”

Ən Yaxşı Aktyor – Komediya və ya Müzikl
Timoti Şalame – “Marti Suprim”

Ən Yaxşı İkinci Plan Aktrisası
Teyana Teylor – “Döyüşdən-döyüşə”

Ən Yaxşı İkinci Plan Aktyoru
Stellan Skarsqrad – “Sentimental dəyər”

Rejissorluq, Ssenari və Musiqi

Ən Yaxşı Rejissor
Pol Tomas Anderson – “Döyüşdən-döyüşə”

Ən Yaxşı Ssenari
Pol Tomas Anderson – “Döyüşdən-döyüşə”

Ən Yaxşı Film Musiqisi
Lüdviq Yoransson – “Günahkarlar”

Ən Yaxşı Mahnı
“Golden” – “K-Pop Demon Ovçuları”

TV

Ən Yaxşı Dram Serialı
“Pitt”

Ən Yaxşı Komediya Serialı
“Studiya”

Ən Yaxşı Mini Serial və ya Televiziya Filmi
“Yeniyetməlik”

Aktyorluq Mükafatları (TV)

Ən Yaxşı Aktrisa – Dram Serialı:
Ria Sixorn – “Pluribass”

Ən Yaxşı Aktyor – Dram serialı
Noa Uayli – “Pitt”

Ən Yaxşı Aktrisa – Komediya Serialı
Cin Smart – “Hiyləgərliklər”

Ən Yaxşı Aktyor – Komediya Serialı
Set Roqen – “Studiya”

Ən Yaxşı Aktrisa – Mini serial
Mişel Uilyams – “Şəhvət üçün ölmək”

Ən Yaxşı Aktyor – Mini serial
Stiven Qrem – “Yeniyetməlik”

Ən Yaxşı İkinci Plan Televiziya Aktyorları
Erin Doerti – “Yeniyetməlik”
Ouen Kuper – “Yeniyetməlik”

Stend-ap Komediyası və Podkastlar

Ən Yaxşı Stend-ap:
Riki Cerveys – “Ölümcüllük”

Ən Yaxşı Podkast:
Emi Poler ilə “Godd Hang”.

DİGƏR XƏBƏRLƏR

Top