İranda etirazlar zamanı 150 təcili yardım maşını ziyan görüb


İranda baş verən kütləvi iğtişaşlar zamanı təxminən 150 təcili yardım maşını ziyan görüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, etirazçılar tibb müəssisələrinə və təcili yardım binalarına hücum ediblər.
Qeyd edək ki, bundan əvvəl Tehran meri Əlirza Zəkani etirazçıların paytaxtda 25 məscidi yandırdığını, 26 banka, 3 tibb mərkəzinə, 10 hökumət binasına, 100-dən çox yanğınsöndürmə maşınına, avtobusa və təcili yardım maşınına, eləcə də 24 mənzilə zərər verdiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top