
Ötən ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ümumilikdə 31 milyon 783,3 min manat kredit verilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, verilən kreditlərin 69,6%-ni və ya 22,2 milyon manatını istehlak kreditləri təşkil edib.
Qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kredit qoyuluşu 3,8 milyon manat və ya 10,7% azalıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehlak kreditlərinin xüsusi çəkisi isə artıb. Belə ki, 2024-cü ilin noyabr ayında verilən ümumi kreditlərin 66,6%-i istehlak kreditləri olub.
Onu da bildirək ki, ötən ilin noyabr ayında verilən kreditlərin 5,1%-i (1,6 milyon manat) sənaye, 0,1%-i (12,7 min manat) tikinti, 1,2%-i (366,5 min manat) ipoteka, 18,3%-i (5,8 milyon manat) ticarət və xidmət, 4,4%-i (1,4 milyon manat) isə kənd təsərrüfatı sahələrinə ayrılıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz