Kubaya neft və maliyyə axını dayandırılacaq – Tramp


ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edərək Kubaya artıq neft və ya pul axınının olmayacağını bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, onun sözlərinə görə, Kuba uzun illər Venesueladan gələn böyük həcmdə neft və maliyyə vəsaiti hesabına mövcudluğunu davam etdirib.
Tramp bildirib ki, Kuba hakimiyyəti əvəzində Venesuelada hakimiyyətdə olmuş iki diktatora “təhlükəsizlik xidmətləri” göstərib. ABŞ prezidenti vurğulayıb ki, bu proses artıq başa çatıb.
“Öz növbəsində, Kuba iki Venesuela diktatoruna təhlükəsizlik xidmətləri göstərib, amma artıq yox. Həmin kubalıların əksəriyyəti ötən həftə ABŞ-nin hücumunda həlak olub və Venesuela artıq onları illərdir girov saxlayan quldurlar və şantajçılardan qorunmağa ehtiyac duymur”, – deyə Tramp paylaşımında qeyd edib.
O əlavə edib ki, Venesuela hazırda dünyanın ən güclü ordusuna malik olan Amerika Birləşmiş Ştatlarının himayəsi altındadır və Vaşinqton bu ölkəni qorumaqda davam edəcək.
ABŞ prezidenti paylaşımının sonunda Kubaya çağırış edərək, “çox gec olmamışdan əvvəl” razılığa gəlməsini qətiyyətlə tövsiyə etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top