“Fənərbağça” Lukman transferini tamamlamaq üzrədir – KİV


Türkiyə təmsilçisi “Fənərbağça” nigeriyalı ulduz futbolçu Ademola Lukmanın transferini tamamlamaq üzrədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazır.
Bildirilir ki, “Atalanta”nın 28 yaşlı cinah hücumçusu ilə bağlı danışıqlar son mərhələdədir.
Mətbuat yazır ki, “Sarı-lacivərtlilər” Lukmana görə İtaliya təmsilçisinə 40 milyon avro ödəyəcəklər. hazırkı klubunda illik 2,5 milyon avro qazanan Nigeriyalıya isə 9 milyon avro maaş ödəniləcəyi bildirilir.
“Atalanta” CEO-su Luka Perkassi isə transfer danışıqlarının davam etdiyini deyib.

DİGƏR XƏBƏRLƏR

Top