
İranda baş verən son kütləvi iğtişaşlar hüquq-mühafizə orqanlarının komandanlığının (FARAJA) xüsusi təyinatlı bölməsinin səkkiz hərbi qulluqçusunun ölümü ilə nəticələnib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” məlumaat yayıb.
FARAJA-nın xüsusi təyinatlı bölməsinin komandiri general Məsud Mosəddiq bildirib ki, təhlükəsizlik qüvvələrinin səkkiz əməkdaşı yanvarın 8-i və 9-u müxtəlif şəhərlərdə iğtişaşların yatırılması əməliyyatları zamanı öldürülüb.
General Mosəddiqin sözlərinə görə, hərbçilər etirazçıların müxtəlif növ silahlardan atəş açması nəticəsində ölüblər.
Təhlükəsizlik orqanlarındakı bir sıra mənbələr bildiriblər ki, hazırda ölkədə etirazçıları təşkilatlandıran təxminən 200 rəhbər və operativ məsul şəxs saxlanılıb. İddiaya görə, iğtişaşların iştirakçılarından çoxlu sayda döyüş sursatı, silah və qumbara müsadirə edilib.
Tehranın yanğınsöndürmə xidmətinin rəhbəri Qodratolla Məhəmmədi bildirib ki, silahlı iğtişaşçılar 26 evi, 34 məscidi, 40 bankı, 15 ticarət mərkəzini, 13 hökumət binasını və 50 nəqliyyat vasitəsini, o cümlədən dövlət xidmətlərinə məxsus avtomobilləri od vuraraq məhv ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz