“Çin və Rusiya Venesuela neftini ala bilər” – Tramp


ABŞ Prezidenti Donald Tramp Çin və Rusiyanın Venesuela neftini ala biləcəyini bildirib.
Yenavaz.com
xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat verib.  
“Çinə və Rusiyaya dedim ki, sizinlə çox yaxşı yola gedirik, sizi çox sevirik, amma orada olmağınızı istəmirik. Biz işgüzar münasibətlərə açığıq. Çin istədiyi bütün nefti bizdən, ya orada, ya da ABŞ-də ala bilər. Rusiya isə ehtiyac duyduğu bütün nefti bizdən ala bilər”, - Tramp bildirib.
O, həmçinin bir daha ABŞ-nin Venesuelaya qarşı yeni hərbi əməliyyat planlaşdırmadığını əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top