
Peru dünyanın ən böyük gümüş ehtiyatına malik ölkəsidir.
Yeniavaz.com “Naked Science” portalına istinadla xəbər verir ki, burada təxminən 140 000 ton gümüş ehtiyatı var ki, bu da qlobal gümüş ehtiyatının təxminən 22%-ni təşkil edir.
Perudan sonra böyük, lakin daha az əhəmiyyətli resurs bazasına malik ölkələr qrupu gəlir.
Avstraliya, Rusiya və Çinin hər biri 70 000 - 94 000 tona qədər gümüş ehtiyatına malikdir və onlar birlikdə qlobal ehtiyatın təxminən 40%-ni təşkil edir.
Meksikada isə istehsal həcmi ilə gümüş ehtiyatı arasında kəskin ziddiyyət var. Ölkə gümüş istehsalına görə dünyada birinci yerdədir, lakin cəmi 37 000 ton ehtiyata malikdir. Bu da qlobal ümumi ehtiyatın təxminən 6%-ni təşkil edir.
Hazırda Meksikanın mədən sektoru mövcud yataqların intensiv istismarına əsaslanır və sübut olunmuş resurs potensialına malik məhdud sayda layihə həyata keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz