“Forbes” 2025-ci ilin ən gəlirli komandalarını açıqladı


Nüfuzlu “Forbes” jurnalı 2025-ci ildə ən yüksək gəlirə malik idman komandaları siyahısını təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, nəşrin saytında dərc edilən siyahıya Milli Futbol Liqasının (NFL) “Dallas Kovboys” komandası başçılıq edir.  
Belə ki, komandanın gəliri 2025-ci il üçün 629 milyon dollar olub.
İkinci yeri Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edın “Qolden Steyt Uorriors” (409 milyon dollar) komandası tutub.
Üçüncü yeri Milli Futbol Liqasının (NFL) “Los Anceles Rems” və Milli Xokkey Liqasının (NHL) “Edmonton Oilers” (hər biri 244 milyon dollar) komandaları bölüşüb.
İlk beşliyi “Formula 1” Dünya Çempionatı komandası “Mercedes” (227 milyon dollar) tamamlayıb.
Komandalar “Formula 1”, NBA, NHL, NFL, Qadınlar Milli Basketbol Assosiasiyası (WNBA), Beysbol üzrə Böyük Liqa (MLB), Peşəkar Qadın Xokkey Liqası (PWHL) komandalarını, eləcə də İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa və Futbol üzrə Böyük Liqa (MLS) liqalarından bir sıra futbol komandalarını əhatə edən “Forbes” reytinqinə əsasən seçilib.

DİGƏR XƏBƏRLƏR

Top