
Birləşmiş Millətlər Təşkilatının yeni “Dünya İqtisadi Vəziyyəti və Perspektivləri 2026” (WESP 2026) hesabatına görə, Qafqaz və region ölkələri 2026-cı ildə iqtisadi artım tempinin bir qədər zəifləməsinə baxmayaraq, müsbət dinamikanı qoruyub saxlaya biləcəklər.
Yeniavaz.com xəbər verir ki, hesabatda Gürcüstan regionun ən sürətlə böyüyən iqtisadiyyatlarından biri kimi qeyd olunur.
Qeyd edək ki, Azərbaycan iqtisadi artıma görə qonşu ölkələr arasında yalnız Rusiyadan öndə yer alacaq.
BMT-nin proqnozlarına əsasən, region ölkələri üzrə iqtisadi artım göstəriciləri belə olacaq:
Gürcüstan – 5,4%;
Ermənistan – 4,8%;
Qazaxıstan – 4,6%;
Türkiyə – 3,9%;
Azərbaycan – 2,7%;
Ukrayna – 2,3%;
Rusiya – 1%.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz