Almaniya ordu üçün 20 000 könüllü cəlb etmək istəyir


Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanunun bir hissəsi olaraq 2026-cı ildə Bundesver (Almaniya Silahlı Qüvvələri) üçün 20 000 könüllü cəlb etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı nazirin Bundestaqın (Almaniya parlamenti) CDU/CSU və SPD fraksiyalarından olan üzvlərinə ünvanladığı məktuba istinadla məlumat yayıb.
Hakim koalisiya fraksiyalarına göndərdiyi məktubda Pistorius həmçinin, nazirliyinin 2026-cı il üçün əsas layihələrini elan edib.
Jurnal yazır ki, 20 000 könüllü hədəfi iddialıdır. Çünki 2025-ci ildə Almaniya orduya planlaşdırılandan xeyli az, cəmi 12 mindən bir qədər çox gənc kişi və qadın cəlb edə bilmiş, halbuki, 2025-ci ilin sonuna qədər 15 000 könüllünün cəlb edilməsi nəzərdə tutulmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top