
ABŞ Prezidenti Donald Tramp iri neft şirkətlərinin Venesuelaya ən azı 100 milyard dollar sərmayə qoyacaqlarını bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında məlumat yayıb.
O, yanvarın 9-da Ağ Evdə biznes nümayəndələri ilə görüşəcəyini də bildirib.
Qeyd edək ki, “The Wall Street Journal” (WSJ) qəzeti Tramp administrasiyasının Venesuelanın neft sənayesi üzərində gələcək illər üçün nəzarəti bərqərar etmək planı hazırladığını bildirib.
Ağ Ev rəhbəri hesab edir ki, onun səyləri neft qiymətlərini istədiyi səviyyəyə - barel üçün 50 dollara endirməyə kömək edə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz